Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2019-cu ilin ən zəif şifrləri məlum olub

2019-cu ilin ən zəif şifrləri məlum olub

Tarix: 19 Dekabr 2019 08:32

"NordPass" şifr meneceri internet istifadəçiləri tərəfindən öz hesablarının qorunması məqsədilə istifadə edilən ən zəif şifrlər haqqında məlumat veriblər.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, müstəqil tədqiqatçılar məlumat itkisi səbəbindən açıq girişdə olan 200 ən populyar şifrdən ibarət siyahı tərtib ediblər. Məlumat bazası 500 milyon müxtəlif kod variasiyasından ibarətdir.

"Biz artıq bu barədə məlumat vermişik və yenə təkrar deyirik. Şifrlərin yaradılması çox vacibdir. Lakin indiyədək "12345" şəklində şifrlər yaradan milyonlarla insan buna əhəmiyyət vermir" - dekabrın 11-də menecerin saytında dərc edilmiş məlumatda belə deyilir.

Ən populyar şifrlər 1-dən 9-dək rəqəmlərin kombinasiyası (məsələn, "12345"), qadın adları (Nikol, Cessika, Hanna), klaviaturada üfüqi, şaquli və ya diaqonal yerləşmiş hərflərin yığımından (məsələn, "1qaz2wsx" və "asdfghjkl") ibarətdir. Mütəxəssislər bildiriblər ki, 830846 istifadəçi "password" şifrindən istifadə edir.


Etiketlər:  2019 ilin zəif şifrləri məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ