Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elektrik enerjisi ilə işləyən ilk hidrotəyyarə uçuş edib - VİDEO

Elektrik enerjisi ilə işləyən ilk hidrotəyyarə uçuş edib - VİDEO

Tarix: 19 Dekabr 2019 08:44

Kanadanın Britaniya Kolumbiyası əyalətində tam elektrik enerjisi ilə işləyən dünyanın ilk kommersiya hidrotəyyarəsinin uçuşu həyata keçirilib. Bu barədə "Harbour Air Seaplanes" aviaşirkətinin məlumatında deyilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, uçuş iki şirkətin - Şimali Amerikanın hidrotəyyarələrin istehsalı üzrə nəhəng "Harbour Air" aviaşirkətinin və elektrik aviasiyası üçün texnologiyalar yaradan "magniX" şirkətinin birgə səyləri sayəsində mümkün olub.

Bildirilir ki, Riçmond şəhərində 750 at gücündə "magni500" mühərriki ilə sürətləndirən "de Havilland Canada DHC-2 Beaver" markalı altınəfərlik "ePlane" hidrotəyyarəsinin uğurlu uçuşu keçirilib. "Bu tarixi uçuş elektrik aviasiyasında üçüncü dövrün başlanğıcının əsasını qoyub", - məlumatda qeyd olunur.

"Bu gün biz tarixə daxil olduq", - "Harbour Air Seaplanes" şirkətinin baş direktoru və təsisçisi Qreq Makduqall bildirib.


Etiketlər:  Elektrik enerjisi ilə işləyən hidrotəyyarə uçuş edib VİDEO


RƏYLƏR