Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 07:32
"Kneron" şirkətinin alimləri xüsusi 3D maskaların köməyi ilə üz tanıma sistemlərini aldatmağa nail olublar. Demək olar ki, bütün hallarda sistem 3D maskanı həqiqi üz kimi müəyyənləşdirib, bundan sonra isə hətta alış-veriş etməyə imkan verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, alimlərin məlumatına görə, üz tanıma texnologiyası tez-tez vətəndaşları müşahidə etmək üçün (xüsusilə ABŞ və Çində) istifadə olunur. Lakin yeni araşdırma üz tanıma sistemlərinin dəqiqliyini şübhə altına qoyur.
Süni intellekt hazırlaması ilə məşğul olan "Kneron" şirkəti başqa insanların üzünü imitasiya edən yüksək keyfiyyətli 3D maskalar sifariş edib və onları üz tanıma sistemlərinin ən çox istifadə olunduğu yerlərdə yoxlayıb.