Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 08:30
"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda 3:1 hesablı qələbədən sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Mənə elə gəlir ki, iki matçın ümumi nəticəsi yaxşı oldu. Bu qarşılaşmada da yaxşı çıxış etdik. İli yüksək əhval-ruhiyyə ilə yola saldıq. Hər şeyi unudub, fikrimizi istirahətə yönəltmək istəyirik ki, sonra eyni xətt üzrə davam edək.
- Kubokda növbəti rəqib "Sumqayıt" olacaq. Hansı ki, bu gün "Neftçi"ni mübarizədən kənarlaşdırdı.
- Artıq bütün rəqiblərin gücünə bələdik. Rəqibin kimliyindən asılı olmayaraq hər oyun çətindir. Eyni zamanda, onlar da bizim oyun tərzimizə bələddirlər. Amma çalışacağıq ki, həmin matçda da bu gün olduğu kimi parlaq oyun nümayiş etdirib, qalib gələk.
- 6 aydan çoxdur "Qarabağ"ın heyətindəsiniz, geridə qalan müddətdəki oyununuza baxan zaman komandaya istədiyinizi verə bilmisiniz?
- Burada olduğum ilk gündən hər kəs mənə çox yaxşı münasibət bəsləyib. Həm şəhər, həm də klub cəhətdən burada olduğum üçün çox şadam. Bir müddət elə oldu ki, zədələndim, komandama kömək edə bilmədim. Amma ümumi götürdükdə hərşeydən razıyam və ümid edirəm ki, qarşıda daha da yaxşı çıxış edəcəyəm.
- Bu gün Qurban Qurvanovun oğlu əsas heyətdə debüt etdi. Necə fikirləşirsiniz, qarşıda Musa ilə yaxşı tandem təşkil edə bilərsiniz?
- O, hələ çox gəncdir. Onu məşqlərdə də görürəm. Fikrimcə, doğru yoldadır və düzgün şəkildə inkişaf edir. Yaxşı futbolçudur, gələcəkdə də yaxşı oyunçu olacağına inanıram. Belə davam edərsə, daha yüksəklərə qalxa bilər.