Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Londonda “5G” şəbəkəsinin imkanlarını nümayiş etdirən mərkəz açılıb

Londonda “5G” şəbəkəsinin imkanlarını nümayiş etdirən mərkəz açılıb

Tarix: 21 Dekabr 2019 08:32

"Huawei" şirkəti Birləşmiş Krallığın paytaxtında beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) imkanlarını nümayiş etdirən "5G Innovation and Experience Centre" adlı mərkəz açıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, aparıcı telekommunikasiya avadanlığı istehsalçısı nümayəndələrinin sözlərinə görə, mərkəz novator və sahibkarlar arasında əməkdaşlığı möhkəmləndirməyə, eləcə də "5G" ekosistemlərinin gələcək inkişafına kömək edəcək.

Fəaliyyət dairəsi Böyük Britaniya ilə məhdudlaşmayacaq "5G Innovation and Experience Centre" mərkəzinin "5G" texnologiyalarından istifadədə bilik və təcrübə mübadiləsi üçün platforma rolunu oynayacağı nəzərdə tutulur.

Mərkəz ziyarətçiləri virtual və əlavə reallıq texnologiyalarının imkanlarından istifadə edərək maraqlı interaktiv oyunları real vaxt rejimində qiymətləndirə, sevimli qrupla oynaya, eləcə də "5G"nin yaratdığı digər imkanlar barədə məlumat əldə edə biləcəklər.


Etiketlər:  Londonda 5G şəbəkəsinin imkanlarını nümayiş etdirən mərkəz açılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ