Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 10:40
Ukraynanın "Naftoqaz" və Rusiyanın "Qazprom" şirkətləri Rusiya qazının Ukrayna ərazisi vasitəsilə Avropaya tranzitinə dair 5 illik müqavilə imzalayacaq.
APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Enerji və Ətraf Mühitin Mühafizəsi naziri Oleksey Orjel bu gün keçirdiyi brifinqində dekabrın 20-də Minskdə baş tutan danışıqların nəticələrini şərh edərkən deyib.
O bildirib ki beş illik tranzit üçün razılaşdırılan şərtlərlə gələcəkdə bu müqavilə 10 ilədək uzadıla bilər.
"Birinci beş illik tranzit üçün nəzərdə tutulan şərtlər əsasında tranzit müqaviləsinin 10 ilə qədər uzadılma ehtimalı var. Bu zaman ötürülən qazın həcmi yenidən nəzərdən keçiriləcək və artırılacaq. Tranzit həcmi ilk ildə 65 milyard kubmetrə çatacaq, növbəti dörd ildə isə hər il üzrə 40 milyard kubmetr olacaq", - deyə Orjel bildirib.
O, razılaşmaya görə, Ukraynanın "Qazprom"a qarşı iddialarından geri çəkiləcəyini və yeni iddia ilə çıxış etməyəcəyini deyib.