Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 15:52
İŞİD terror təşkilatının bir qrup silahlısı İraqın Səlahəddin vilayətində polis postuna hücum edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Rudaw" telekanalı məlumat yayıb.
Bayci şəhərində neft obyektlərinin mühafizəsi üçün yaradılmış posta hücum nəticəsində 4 polis əməkdaşı öldürülüb. Atışma zamanı üzərində partlayıcı qurğu olan bir terrorçu məhv edilib.