Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Trampın impiçmenti ölkə üçün kədərli hadisədir”

“Trampın impiçmenti ölkə üçün kədərli hadisədir”

Tarix: 22 Dekabr 2019 18:56

Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidenti, 2020-ci il prezident seçkilərinin namizədi Co Bayden amerikalı lider Donald Trampın impiçmentini ölkə üçün "kədərli hadisə" adlandırıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" xəbər verib.

Onun sözlərinə gprə, ölkə prezidentinin impiçmenti bayram üçün bəhanə deyil.

"Məni səhv başa düşməyin, mən Donald Trampın impiçmentə məruz qalmasını ədalətsizlik saymıram... Amma mən bunun bayram edilməsi ideyasını kontrproduktiv hesab edirəm", - Bayden qeyd edib.    

Xatırladaq ki, KİV-də Zelenski ilə Trampın danışıqları zamanı ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etməyi nəzərdə tutan təlimat olduğu iddia edilmişdi. Trampın rəqibi Co Baydenin oğlu Hanter Bayden əleyhinə araşdırmalar aparılmasını tələb etdiyi bildirilirdi.  Bu səbəbdən də Nümayəndələr Palatası 24 sentyabrda ABŞ Prezidentinə qarşı impiçment elan etmişdi.


Etiketlər:  Trampın impiçmenti ölkə üçün kədərli hadisədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ