Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 22:02
"Arsenal"ın müvəqqəti çalışdırıcısı Fredrik Lyunberq Premyer Liqanın 18-ci turunda "Everton"la (0:0) matçda Məsut Özilin heyətə daxil edilməməsinin səbəbini açıqlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis türk əsilli yarımmüdafiəçinin "Mançester Siti" ilə oyundakı davranışına görə onu cəzalandırdığını deyib:
"Mançester Siti" ilə matçda əvəzlənərkən göstərdiyi reaksiya azarkeşlərin xoşuna gəlmədi. Bu vəziyyət haqda mənə sual veriləndə "Arsenal"da belə davrana bilmərik" cavabını vermişdim. Məsut zədəli idi. Amma zədəli olmasa belə, heyətə daxil etməzdim. Göstərmək istəyirəm ki, o, "Arsenal" futbolçusundan gözləmədiyim bir hərəkət edib. Bu, mənim qərarımdır. Bundan sonra qərarları mən verməyəcəyəm, amma ən azından mənim düşüncəm belədir".