Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR dənizə axıdılan neft və digər bulanıq maye ilə bağlı görüntülərə münasibət bildirib

SOCAR dənizə axıdılan neft və digər bulanıq maye ilə bağlı görüntülərə münasibət bildirib

Tarix: 23 Dekabr 2019 13:52

SOCAR platformadan dənizə axıdılan neft və ya digər bulanıq maye ilə bağlı görüntülərə münasibət bildirib.

SOCAR-dan Milli.Az-a bildirilib ki, son saatlarda sosial şəbəkələrdə dəniz platformasından neft və ya digər bulanıq mayenin dənizə axıdılması görüntüləri yayılmaqdadır. Nə neft, nə lay suları, nə də digər çirkli maddələrin dənizə birbaşa axıdılması SOCAR-ın təlimat və standartlarında nəzərdə tutulmur və şirkətin rəhbərliyinin yerlərə verdiyi təlimatlara birbaşa ziddir. SOCAR son dövrdə "Azneft" İstehsalat Birliyinin dəniz platformalarında lay sularının təmizlənməsi üçün xüsusi avadanlıqlar quraşdırıb və artıq neftlə birlikdə çıxan lay sularının da təmizlənməsinə tam nail olunub və bu cəhətdən Azərbaycanın milli brendi SOCAR bir çox digər şirkətlərdən irəlidədir.

"Yayılan görüntülərdə əks olunan hadisənin məkanı Neft Daşlarında ehtimal olunduğuna görə, bu gün səhər saatlarında "Azneft" İB-nin rəhbər heyətinin iştirakı ilə oraya komissiya göndərilib. Hazırda araşdırma aparılır və nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq. Ətraf mühitin qorunması istiqamətində bu cür hadisələrin təkrar baş verməməsi üçün nəzarət daha da gücləndiriləcək.


Etiketlər:  SOCAR dənizə axıdılan neft digər bulanıq maye ilə bağlı görüntülərə münasibət bildirib


RƏYLƏR