Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyevdə insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi ciddi nəzarətə götürülüb

Kiyevdə insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi ciddi nəzarətə götürülüb

Tarix: 11 May 2019 14:06

Bakı. Trend:

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.

Bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı səfriliyindən məlumat verilib.

Səfir bildirib ki, hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb. “Sonradan Milli Qəhrəmanımızın peşəkar həkim müayinəsində müalicə alması üçün o, mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib. Yenidən müayinəsi aparılıb. Həkimlər Zabil Quliyevin vəziyyətini orta ağır qiymətləndirirlər”, - deyə səfir əlavə edib.

A.Xudiyevin sözlərinə görə, Milli Qəhrəmanımızın müalicəsi üçün lazım olan bütün tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kiyevdə insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi ciddi nəzarətə götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ