Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 17:38
İspaniya La Liqasının 18-ci turunda “Atletik”lə qarşılaşma "Real" üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, “kral klubu” ilk 18 turda cəmi 12 qol buraxıb.
Bu, “Real”ın La Liqa tarixində son 32 ildə ən yaxşı göstəricisidir. Madridlilər sonuncu dəfə 1987/88 mövsümündə ilk 18 turda 12 qol buraxmışdı.
Qeyd edək ki, “Real” hazırda 37 xalla 2-ci sıradadı. Lider "Barselona" 21 qol buraxıb.