Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 10:15
Bakı. Trend:
Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaratmaqla qəza törədən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran rayonundakı regional qrupundan Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Hikmət Hətəmli idarə etdiyi “Mercedes Benz” markalı, 99-SR-457 dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri edib. Daha sonra isə idarətməni itirib və nəqliyyat vasitəsini yolun kənarında dayanmış "Nissan Teana" markalı avtomobilə vurub. Yol polisi əməkdaşları tərəfindən saxlanılan H.Hətəmlinin avtomobili etibarnaməsiz, həmçinin sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.
İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin