Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 10:32
İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində "Çelsi" ilə ev oyununda rəqib futbolçu Antonio Rudigerə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan "Tottenhem"in hücumçusu Son Hın Minin cəzası müəyyənləşib.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, İngiltərə Futbol Federasiyası koreyalı futbolçuya 3 oyunluq cəza verib. Bu isə o deməkdi ki, Son qarşıdakı "Brayton"la ev, "Norviç Siti" və "Sauthempton"la səfər oyunlarını buraxacağı anlamına gəlir.
"Tottenhem" rəhbərliyi isə bu qərardan şikayət edib. London klubu futbolçuya verilən cəzanın haqsız olduğunu, ümumiyyətlə bu qırmızı vərəqənin ləğvini istəyir. Federasiyanın bu etirazı nəzərə alıb-almayacağı isə qarşıdakı günlərdə bəlli olacaq.
Xatırladaq ki, "Tottenhem" sözügedən oyunda "Çelsi"yə 0:2 hesabıyla məğlub olmuşdu.