Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2019 19:28
Bakı. Trend:
Pakistanda bir neçə silahlı şəxs 5-ulduzlu "Pearl Continental" mehmanxanasına hücum edib.
Trend-in məlumatına görə, hadisə ölkənin Belucistan vilayətinin Qvadar şəhərində baş verib. Yerli KİV-lər hücum nəticəsində təhlükəsizlik qüvvələrinin nümayəndəsinin öldüyünü bildirilir.
Ölkə ordusunun məlumatına görə, hal-hazırda ərazi mühasirəyə alınıb: "Təhlükəsizlik xidmətlərimiz rayonu bloklaşdırıb və mehmanxananın üst mərtəbəsinə aparan pilləkəndə terrorçuları mühasirəyə alıb".
Ehtimal olunur ki, hotelə 3-4 terrorçu daxil olub.
"Pakistan Today" dərcinin daha öncə yaydığı məlumata görə, hoteldə 70-ə yaxın insan var, onlardan 40 nəfərin Çin vətəndaşı olduğu bildirilir.
xəbər yenilənəcək
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin