Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dabonu zədələdiyi üçün Maksimə ''çox sağ ol'' demişəm'' - Mahir Mədətov

''Dabonu zədələdiyi üçün Maksimə ''çox sağ ol'' demişəm'' - Mahir Mədətov

Tarix: 11 May 2019 20:32

"Mövsüm mənim üçün ağır başladı. Bunun səbəbləri çoxdur, indi danışmaq istəmirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 28-ci turunun "Neftçi" ilə oyunundan (3:2) sonra "CBC Sport" telekanalına açıqlamasında "Qarabağ"ın hücumçusu Mahir Mədətov deyib.

"Sonlara doğru özümü sübut etdim. Bu, tək bombardirliklə bağlı deyil, həm oyun baxımdan artırdım. Həqiqətən sevinirəm. Artıq istirahətə gedirik. Sizə də uğurlar, bizə də”.

"Neftçi"nin qapısına 2 top vurmaqla mövsümün bombardiri olan Mahir bununla bağlı da təəssüratlarını bölüşüb. Hətta o, zarafatla əsas rəqibi Dabonu zədələdiyi üçün komanda yoldaşı Maksim Medvedevə təşəkkür etdiyini bildirib: "Dabonu zədələdiyinə görə, Maksimə "çox sağ ol" demişəm".

Qeyd edək ki, Mahir 16 qolla çempionatın bombardiri olub.
 


Etiketlər:  Dabonu zədələdiyi üçün Maksimə çox sağ demişəm Mahir Mədətov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ