Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycan Opera İfaçılığı Antologiyası"nın təqdimat mərasimi olub - FOTO

Tarix: 24 Dekabr 2019 18:57

Mədəniyyət Kanalının yeni layihəsi olan, Azərbaycanda ilk dəfə keçirilən "Azərbaycan vokalçıları" festivalı çərçivəsində "Azərbaycan Opera İfaçılığı Antologiyası"nın təqdimat mərasimi olub.

Milli.Az xəbər verir ki, Soprano və Mezzo-soprano səslər üçün nəzərdə tutulmuş bu kitabın təqdimatında Antoligiyanın ideya müəllifi, tərtibatçısı əməkdar artist İnarə Babayeva və  elmi redaktor Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşova çıxış edib. Onlar kitabın elmi əhəmiyyətini vurğulayaraq, tədris metodikasında da antologiyanın çox lazımlı addım olduğunu qeyd etdilər. Təqdimatdan sonra isə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin ifasında bir-birindən maraqlı musiqi nümunələri vokalçılarımızın ifasında tamaşaçılara təqdim olundu.

Dahi bəstəkar Jorj Bizenin "Karmen" operasından uvertüra ilə açılan və müasir Azərbaycan bəstəkarı Pikə Axundovanın  "Məhsəti" operasından ariya ilə tamamlanan konsert tamaşaçıları yüksək əhval-ruhiyyəli bir gecəyə kökləyərək elə sona qədər bu ab-havanı qorumağı bacardı. Sonda tamaşaçıların gurultulu alqışları hər kəsin bu gecədən yüksək təəssüratlarla ayrıldığını bir daha sübut etdi.


Etiketlər:  Azərbaycan Opera İfaçılığı Antologiyasının təqdimat mərasimi olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ