Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 20:18
"Tottenhem" futbolçusu Son Hın Minin 3 oyunluq cəzası ilə bağlı İngiltərə Futbol Federasiyasına apelyasiya şikayəti edib.
Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, London təmsilçisinin müraciəti qəbul edilməyib. Son Hın Minin cəzası olduğu kimi saxlanılıb. O, Premyer Liqada qarşıdakı 3 matçı - "Brayton", "Norviç", "Sauthempton"la oyunları buraxacaq.
Qeyd edək ki, koreyalı oyunçu Premyer Liqanın 17-ci turunda "Çelsi"ilə matç zamanı rəqib futbolçu Antonio Rudiger ilə toqquşmadan sonra yerə yıxılıb, təpiklə rəqibin qarnına vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.