Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu telefonla yalnız ölülərlə danışırlar və... - İNANILMAZ - FOTO

Bu telefonla yalnız ölülərlə danışırlar və... - İNANILMAZ - FOTO

Tarix: 25 Dekabr 2019 07:08

İnsanın sevdiyi şəxsləri itirməsi, onlarla vidalaşmaq fürsəti belə tapa bilməməsi ürək dağlayan vəziyyətdir.

Sonxeber.net xəbər verir ki, yaponlar bu ağrılı mənzərəni "Kaze no Denwa" adını verdikləri külək telefonu ilə həll etmək istəyirlər.

İçərisində telefonun olduğu bu köşk, Otsuçi şəhərindəki kiçik bir təpənin üzərində yerləşir. Onun gözlərdən bu qədər uzaqda olmasının səbəbi insanların ağrılarını yaşayarkən tək qalması üçündür.

72 yaşlı İtaru Sasaki layihəni 2011-ci ildə baş verən zəlzələ və sunamidən sonra reallaşdırmağa qərar verib. Həmin fəlakətdə yaxınını itirən Sasaki təklifi ilə bağlı bunları deyib: "Düşüncələrimin, içimdə qalan cümlələrin telefon xətti ilə çatdırılması qeyri-mümkün olduğu üçün onları küləklə göndərmək istədim".


Etiketlər:  telefonla yalnız ölülərlə danışırlar İNANILMAZ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ