Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anatomiya müəllimi ''soyunub'', dərsi öz üzərində başa saldı - FOTO

Anatomiya müəllimi ''soyunub'', dərsi öz üzərində başa saldı - FOTO

Tarix: 25 Dekabr 2019 11:28

Sosial şəbəkələrdə yayılan foto maraq doğurub.

Milli.Az nypost-a istinadla xəbər verir ki, fotoda anatomiya müəlliminin mövzunu başa salmaq üçün dərsə qəribə kostyumda gəlməsi əks olunub.

Kadrlar İspaniyadakı məktəblərin birində çəkilib. 43 yaşlı Verónica Duque adlı qadın sənəti üçün "soyunub". Belə ki, o, Alixpress vasitəsi ilə sifariş verdiyi müəyyən hissələri şəffaf kostyumla şagirdlərin qarşısına çıxıb.

O, üstündə insanın daxili orqanlarının əks olunduğu kostyumu geyinərək dərsi öz üstündə başa salıb.

Bored Panda-ya açıqlama verən Veronika bildirib ki, internetdə gəzişərkən belə bir kostyum görüb və bunun anatomiya dərsi üçün uyğun olduğunu düşünüb.


Etiketlər:  Anatomiya müəllimi soyunub dərsi üzərində başa saldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ