Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 14:24
Avropa İttifaqı ölkələrinə heyvan mənşəli qidaların ixrac edilməsi üçün ilk növbədə Avropa İttifaqına üzv olmayan ölkələr konkret məhsullar üzrə səlahiyyətləndirmə prosedurundan keçməlidir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.
O bildirib ki, bu mənada Azərbaycan cari il ərzində heyvan mənşəli üç növ qida məhsulu üzrə Avropa İttifaqı tərəfindən səlahiyyətləndirilib.
"Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan olaraq tanınıb. Bundan əvvəl balıq kürüsü Avropa İttifaqına ixrac oluna bilirdi və sahibkarların müraciəti əsasında bal, ilbiz və qurbağa ayaqlarının ixracı ilə bağlı Azərbaycan səlahiyyətli ölkələr sırasına daxil edilib".