Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 15:30
Son olaraq Türkiyə milli komandasını çalışdıran Mirça Luçeskunun yeni iş yeri bilinib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssis "Sion" klubunu çalışdıracaq. Bu barədə İsveçrə təmsilçisinin prezidenti Kristian Konstantin yerli mətbuata açıqlamasında deyib. Konstantin Luçeskunun yanvarın 2-də rəsmi müqavilə imzalayacağını bildirib.
"İnter", "Şaxtyor", "Qalatasaray", "Zenit", "Beşiktaş" kimi klublarda işləyən Luçesku, 2017-2019-cu illərdə Türkiyə milli komandasını çalışdırıb.