Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diqqət! Texniki spirt öldürür

Diqqət! Texniki spirt öldürür

Tarix: 25 Dekabr 2019 22:33

Son bir neçə gün ərzində spirtli içkilərin qəbulundan sonar 3 nəfər ölüb, 1 nəfər kör olub. KİV-lərin məlumatına görə, bunun səbəbi spirtli içkilərin texniki spirtdən hazırlanması ola bilər.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, texniki spirt adından məlum olduğu kimi yalnız texniki məqsədlərlə istifadə olunur - boyaların istehsalında, nəqliyyatın əyləc sistemlərində və s. Təəssüf ki, texniki spirt ucuz olduğundan saxta spirtli içkilərin istehsalı zamanı tez-tez istifadə olunur.

Texniki spirt güclü zəhərdir və onun istehlakı ağır zəhərlənmə, əlillik və ölümə səbəb olur. Texniki spirt bütün orqan və sistemləri zədələyir, sıradan çıxardır.

Texniki spirtin qəbulu nəticəsində insanda korluq, qaraciyər sirrozu və xərçəngi, mədəaltı vəzi xərçənginin inkişafı riski çox yüksəkdir.

Zəhərlənmənin baş verməsi üçün 10-15 ml kifayətdir, 30 ml ölümə səbəb olur!

Diqqət! Saxta spirtli içkilərin hazırlanması zamanı istifadə olunan metilen (metil spirti) nə qoxu, nə dadına görə adi spirtdən (etil spirti) fərqlənmir. Spirtli içkinin çox ucuz qiymətə satılması onun saxta olduğundan şübhə yaratmalıdır.  


Etiketlər:  Diqqət Texniki spirt öldürür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ