Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 07:52
Qərb dünyası mütəmadi olaraq Çin şirkətlərini casusluqda günahlandırır. İddia olunur ki, həmin şirkətlər Çin hökuməti üçün fərdi məlumatlar toplayırlar.
İndi isə "Xiaomi" və "Tencent" kimi şirkətləri Çin hökuməti özünə qarşı təhlükə hesab edir.
Hökumət sözügedən texnologiya nəhənglərinin adını istifadəçilərin şəxsi məlumatlarını qanunsuz toplamaq üzrə ölkənin ən böyük şirkətləri siyahısına yerləşdirib.
Çinin Sənaye, İnformasiya və Texnologiyalar Nazirliyi fərdi məlumatların toplanması və yenidən satılması ilə bağlı milli qanunları pozan 41 tətbiqin siyahısını tərtib edib.