Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Resident Evil 3 personajları dəyişdirilir

Resident Evil 3 personajları dəyişdirilir

Tarix: 26 Dekabr 2019 08:32

İlkin sifarişə qapılarını açan "Resident Evil 3 Remake" oyununun son versiyasında bəzi personajlar yenilənəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, oyunun yenilənməsini və satışını həyata keçirən "Capcom" şirkəti "Resident Evil 2 Remake"in  uğur qazanmasından sonra 3-cü versiya üçün hazırlıq işlərinə başlayıb. 1999-cu ildə satışa çıxarılan ilk versiya oyun həvəskarlarının ciddi marağına səbəb olmuşdu.

Son versiya həm ssenarisi, həm də atmosferi ilə triller janrının ən yaxşılarındandır. 3 aprel 2020-ci ildə təqdim olunacaq oyuna "Resident Evil 3: Escape" adı veriləcəyi düşünülür. Bundan əlavə, proyektin 90% yekunlaşdığı deyilir.

Orijinal versiyanın mövzusunu işləyəcək "RE 3 Remake" üçün hansısa gecikmə gözlənilmir. Bundan başqa, təqdimat çarxındakı birinci şəxs nişançı görünüş yerini çiyin üstündən görünüşə verəcək.

Sözügedən versiyada dəyişdirilən personajlar arasında oyunun əsas qəhrəmanı Jill Valentine, silah taciri Carlos Oliveira və Raccoon Polis İdarəsi kimi adlandırılan komandada yer alan Brad Vickers də var.


Etiketlər:  Resident Evil personajları dəyişdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ