Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple 450 mütəxəssisi işdən çıxaracaq

Apple 450 mütəxəssisi işdən çıxaracaq

Tarix: 26 Dekabr 2019 08:48

Məlum olduğu kimi Apple şirkəti prosessor istehsalçısı olan Intel şirkətinin modem biznesini 1 milyard dollara satın alıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Apple şirkəti satın aldığı müəssisənin bir neçə əməkdaşını işdən çıxaracaq.

Şirkət yaxın gələcəkdə Almaniyadakı filialında fəaliyyət göstərən Intel mütəxəssislərini işdən azad edəcək.

"Heisen" nəşrinin yaydığı məlumata görə, şirkət yalnız seçdiyi əməkdaşlarla modem istehsalına başlayacaq. Seçilmiş əməkdaşlar isə ümumi işçilərin 30%-ni təşkil edəcək. Digər 70%, yəni təxminən 450 nəfər işçi isə özünə yeni iş yeri tapmalı olacaq.


Etiketlər:  Apple mütəxəssisi işdən çıxaracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ