Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 16:40
Azərbaycanda 2019-cu ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 362,4 milyon manat təşkil edib ki, onun da 3 milyard 731,1 milyon manatı heyvandarlıq, 3 milyard 631,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 11,3 faiz artıb.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 2,8 faiz artaraq 476,6 min ton, süd istehsalı 2,1 faiz artaraq 1938,7 min ton, yumurta istehsalı 8,8 faiz artaraq 1669,9 milyon ədəd və yun istehsalı 1,5 faiz artaraq 15,9 min ton olub. Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çox barama istehsal olunub.