Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İsveçrə və Uelslə sanki Türkiyədə oynayacağıq'' - Türkiyə millisinin üzvü

''İsveçrə və Uelslə sanki Türkiyədə oynayacağıq'' -  Türkiyə millisinin üzvü

Tarix: 27 Dekabr 2019 10:28

“Çətin qrupa düşmüşük. İlk oyun İtaliyada olacaq. Həm də bu, açılış matçıdır. Çox gözəl oyun olacaq. Biz komandamız və ölkəmiz həmişə böyük oyunları sevir”.

Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin üzvü Umut Meraş “Fanatik”ə müsahibəsində Avro-2020-nin püşkünü dəyərləndirərəkən deyib.

Fransanın “Havr” klubunda çıxış edən 24 yaşlı müdafiəçi qrup mərhələsinin iki oyununu Bakıda keçirmələrinin onlar üçün böyük üstünlük olduğunu bildirib:“İndidən qrupdakı oyunları düşünürəm. Kim oynayacaqsa, daha əvvəl də olduğu kimi, əlindən gələn ən yaxşısı edəcək. İki oyunumuzu Azərbaydanda keçirəcəyik. Sanki bu oyunları Türkiyədə keçirəcəyik. Bu, bizim üçün üstünlükdür. İtaliya ilə oyunda yaxşı nəticə qazansaq, qrupdan çıxacağımızı düşünürəm. Ələbəttə ki, hədəf çempionluqdur. Bacardığımız qədər irəliləmək istəyirik. Hələlik yalnız İtaliya ilə görüşə baxacağıq. Ondan sonra davamının gələcəyinə inanıram".

Qeyd edək ki, Türkiyə yığması ilk oyununu iyunun 12-də Romada İtaliyaya qarşı keçirəcək.  İyulun 17-də Uels, 21-də İsveçrə ilə görüş isə Bakıda olacaq.

 


Etiketlər:  İsveçrə Uelslə sanki Türkiyədə oynayacağıq Türkiyə millisinin üzvü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ