Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahin Diniyevin evindən oğurlanan əşyaların biri qaytarıldı

Şahin Diniyevin evindən oğurlanan əşyaların biri qaytarıldı

Tarix: 27 Dekabr 2019 11:04

Azərbaycan milli futbol komandasının keçmiş baş məşqçisi Şahin Diniyevin evinin yağmalanmasına görə cinayət işi başlanılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Ş.Diniyevin Sabunçu rayonunda yerləşən evində kirayə yaşayan Xaliq adlı şəxs və onun tanışı olan qadın evin əşyalarını satıblar. Ş.Diniyevin polisə müraciətindən sonra araşdırma aparılıb. Hər iki şəxsin ifadələri alındıqdan sonra qadın sərbəst buraxılıb. Xaliq adlı şəxs isə cinayəti törətməkdə təqsirli bilinərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat istintaq tədbirləri davam etdirilir. Ş.Diniyevə 7 min manat ziyan dəyib. Hazırda istintaq ona dəyən ziyanın ödənilməsinə çalışır. Artıq məişət əşyalarından biri satılan şəxsdən tapılaraq sabiq baş məşqçiyə qaytarılıb. 


Etiketlər:  Şahin Diniyevin evindən oğurlanan əşyaların biri qaytarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ