Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fermer və sahibkarlara müraciət edildi - FOTO

Fermer və sahibkarlara müraciət edildi - FOTO

Tarix: 27 Dekabr 2019 14:24

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) fermer və sahibkarlara müraciət edib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, müraciətdə qeyd olunub ki, AXA-nın Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi zərərsizləşdirmə (dezinseksiya, dezinfeksiya, deratizasiya) üzrə xidmətləri həyata keçirir. Bildirilib ki, zərərsizləşdirmə (fumiqasiya) müxtəlif yoluxucu, həmçinin təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir:

"Bildiririk ki, zərərverici həşəratlara məsulların istər istehsal, istərsə də saxlanma yerlərində rast gəlinir. Onlara qarşı öz imkanlarınız daxilində aparılan mübarizə tədbirlərində lazımı nəticə əldə etmək mümkün deyildir. Həşəratlarla effektiv mübarizə aparmaq üçün peşəkarların yardımına ehtiyac duyulur, belə ki, həşəratların məhv edilməsi müasir mübarizə üsulları və avadanlıqları ilə aparılmalıdır. Mərkəzin mütəxəssislərinin yüksək peşəkarlığı, təcrübəsi, müasir maddi-texniki bazaya malik olması zərərsizləşdirmə (fumiqasiya) üzrə xidmətləri istənilən həcmdə, istənilən şəraitdə və miqyasda olan obyektlərdə həyata keçirməyə imkan verir", - deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, 2019-cu ilin 11 ayı ərzində sahibkarların müraciəti əsasında 236231 ton dənli və dənli-paxlalı, texniki bitkilərin məhsulları, yemlər və digər məhsullar, 350248 m3 meşə materialları, 2709528 m3 istehsal və saxlanma yerləri fumiqasiya edilib.


Etiketlər:  Fermer sahibkarlara müraciət edildi FOTO


RƏYLƏR