Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Keşlə” onlarla müqaviləyə xitam verdi

“Keşlə” onlarla müqaviləyə xitam verdi

Tarix: 27 Dekabr 2019 18:48

“Keşlə” Futbol Klubunun danışılmış oyunlarla bağlı aparılan araşdırmalar nəticəsində günahları sübut olunmuş əsas komandasının məşqçisi Mehman Babayev və inzibatçısı Asəf Səfərovun müqavilələrinə xitam verib.

Qol.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Müvafiq qərar klubun daxilində keçirilmiş iclasdan sonra qəbul olunub.
 
Qeyd edək ki, adı çəkilən şəxslər 2017-ci ildə “Binə” Futbol Klubunda çalışarkən oyunların manipulyasiyasında iştirak etdiklərinə görə bir müddət əvvəl hüquq-mühafizə orqanlarına izahat veriblər.

Bizi Feysbukda da izləyin!

 


Etiketlər:  Keşlə onlarla müqaviləyə xitam verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ