Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 20:40
ABŞ-ın Pensilvaniya ştatında katolik kilsələrinin cinsi istismarına məruz qalan 564 nəfərə indiyədək 84 milyon dollar təzminat ödənilib.
Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, ştatda fəaliyyət göstərən 8 kilsə məhkəməyə müraciət etməməsi üçün qurbanların hər birinə 148 min dollar verib.
Cinsi istismara məruz qalan şəxslərin məhkəməyə müraciət edəcəyi təqdirdə daha çox təzminat ala biləcəyi, amma stat qanunvericiliyində yalnız 30 yaşına qədər müraciətlərə baxıldığı qeyd edilib.
Zərərçəkənlərdən biri 45 yaşlı David Zernelt məhkəməyə müraciət etmədən ona 400 min dolların verildiyini bildirib. O, qurbanlar üçün qurulan fondun kilsənin işinə yaradığını, bundan özünü qorumaq üçün qalxan kimi istifadə etdiyini bildirib.
Zərərçəkənlərin vəkili Riçard Serbin kilsənin təzminat vasitəsilə məhkəmədən yayındığını deyib.