Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 08:28
Yaponiya ən aşağı yerətrafı orbitə peyk çıxardığı üçün Ginnessin Rekordlar Kitabına düşüb. Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin ("JAXA") məlumatına görə, Yer kürəsinin uzaq məsafədən zondla tədqiqi üçün "SLATS" aparatı planetin səthindən 167 km hündürlüyə uğurla çıxarılıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Yer kürəsinin uzaq məsafədən zondla tədqiqi peykləri planetimiz barəsində əlavə informasiya əldə etmək üçün bir mənbədir. Belə aparatların əsas çatışmazlığı ondan ibarətdir ki, onlar əsasən 2 min km hündürlükdə olan orbitdə fəaliyyət göstərirlər. Bu isə onlara planetin səthinin yalnız böyük sektorlarını müşahidə etməyə imkan verir.
Bunun nəticəsi kimi belə aparatlar kiçik obyekt və hadisələrin təhlili üçün kifayət qədər yüksək təsvir ölçüsündə olan şəkillər çəkə bilmirlər.