Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 11:04
Xərçəngdən əziyyət çəkən övladını öldürmək istəyən qadına hökm oxunub.
Sonxeber.net Foxnews-a istinadla xəbər verir ki, xərçəngdən müalicə alan oğlunu öldürməyə cəhd edən 44 yaşlı Tiffany Alberts-in 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib.
ABŞ-ın Indiana ştatında yaşayan Tiffaninin 7 illik həbs müddəti bitdikdən sonra 5 il boyunca şərti azadlığa buraxılması tələb olunub. Buna səbəb isə qadının ciddi psixoloji problemlərinin olmasıdır.
Belə ki, Tiffani xərçəng xəstəliyindən müalicə alan oğlunun sistem bankasına şpris vasitəsi ilə nəcis yeridib, qanına yeridib.