Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 11:36
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosneçki yenidən "Kayserispor"u çalışdıra bilər.
Qol.az Türkiyənin "Fotomaç" qəzetinə istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssislə danışıqlar müsbət yekunlaşmaq üzrədir. "Kayserispor" rəhbərliyinin 50 yaşlı məşqçinin komandaya rəhbərlik etməyini istədiyi bildirilib. Yaxın vaxtlarda çalışdırıcı ilə müqavilə imzalanacağı iddia edilir.
Qeyd edək ki, R.Prosneçki 2014-2017-ci illərdə milli komandamızın baş məşqçisi olub. Onun hazırda da millimizin boş qalmış baş məşqçi vəzifəsinə əsas namizədlədən olduğu bildirilir.
Xatırladaq ki, xorvat məşqçi 2012-13 mövsümündə də “Kayserispor”u çalışdırıb.