Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ukraynanın ağlasığmaz tələbini yerinə yetirdi

Rusiya Ukraynanın ağlasığmaz tələbini yerinə yetirdi

Tarix: 28 Dekabr 2019 16:22

"Qazprom" Stokholm Ticarət Palatasının qərarını yerinə yetirərək "Naftoqaz"a 2.9 milyard dollarlıq (4.93 milyard AZN) təbii qaz cəzasını ödəməyi həyata keçirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin səlahiyyətli şəxsləri açıqlama verib.

"Naftoqaz"dan verilən yazılı açıqlamada bildirilir ki, ödəmə 2.56 milyard dollarlıq (4.35 milyard AZN) təzminatı və bu miqdarın faizini əhatə edir. 

Qeyd edək ki, hər iki tərəf 2014-cü ildə Stokholm Ticarət Palatasının Təhkim İnstitutuna bir-birindən şikayət etmişdi. "Naftoqaz" "Qazprom"un təbii qaz nəqli öhdəliyini yerinə yetirmədiyini iddia edərək 17 milyard dollarlıq ( 28.9 milyard AZN) ödəmə tələb edirdi. 


Etiketlər:  Rusiya Ukraynanın ağlasığmaz tələbini yerinə yetirdi


RƏYLƏR