Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ilin qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib

Bu ilin qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib

Tarix: 29 Dekabr 2019 14:56

019-cu ildə regionlarda 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu. Dünən artıq proqramın icrası tam yerinə yetirilib və sonuncu yaşayış məntəqəsi - Goranboy rayonunun Goran qəsəbəsinə qaz açılışı təmin olunub. Beləliklə, bu ilin qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Baş direktor məlumat verib ki, Bakı şəhəri üzrə 2019-cu ildə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub: "Qazlaşma proqramı 4607 fərdi evi əhatə edir. Həmin massivlərdən 6-da qazlaşma işləri tamamlanıb. Digər massivlərdə qazlaşma işləri 2020-ci ilin 1-ci rübündə yekunlaşacaq. Bununla da ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb. Müqayisə üçün Azərbaycanda qazlaşma səviyyəsi 01.01.2010-cu il tarixə olan məlumata görə 62,2% təşkil edirdi. Hazırda bu göstəricidə 33,8 % artım var".


Etiketlər:  ilin qazlaşma proqramı fərdi yaşayış evini əhatə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ