Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2019 14:33
Bakı. Trend:
Azərbaycan Sakit okean Alyansının (Pacific Alliance) mayın 10-da Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlum olduğu kimi, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq etməkdədir.
Qeyd edək ki, Meksika, Kolumbiya, Peru və Çilini özündə birləşdirən və iqtisadi blok olan Sakit okean Alyansı 2012-ci ilin iyun ayında təsis edilib.
Ölkəmiz də daxil olmaqla hazırda alyansın 57 müşahidəçi üzvü var.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin