Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 15:58
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhsil Nazirliyi ilə birgə orta məktəb şagirdləri üçün milli parklarda ekoloji maarifləndirmə tədbirləri çərçivəsində açıq dərslər təşkil etməyi planlaşdırır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
İ.İbrahimova deyib ki, açıq dərslərin ölkə ərazisindəki bütün milli parklarda təşkili nəzərdə tutulub: "Şagirdlər məktəblərinə yaxın olan milli parklarda açıq dərslərdə iştirak edə bilərlər".
Mətbuat sözçüsü qeyd edib ki, açıq dərslərin gələn ilin yanvar ayından başlayaraq il ərzində mütəmadi təşkil edilməsi gözlənilir: "Bu açıq dərslərə mətbuat nümayəndələri də dəvət olunacaq. Bununla yanaşı, valideyn himayəsindən məhrum olan uşaqların da milli parklara səfərini təşkil etməyi nəzərdə tuturuq. Bu tədbirlərin keçirilməsində məqsəd uşaqları milli parklarla tanış etmək, onlarda uşaq yaşlarından təbiətə sevgi hissi formalaşdırmaqdır".