Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1919-cu ilin startapları sayılan 100 yaşlı əfsanəvi şirkətlərin keçmişi və bugünü

1919-cu ilin startapları sayılan 100 yaşlı əfsanəvi şirkətlərin keçmişi və bugünü

Tarix: 31 Dekabr 2019 15:40

"100 yaşlı startap" anlayışı absurd səslənə bilər. Amma yaradıcılarının təcrübəsiz hesab olunduğu şirkətlər var ki, artıq bu il 100 illik yubileylərini qeyd ediblər və hələ də yaxşı fəaliyyət göstərirlər. Bunlar ömrü uzadan qidaların, maşın yarışları üçün yüngül mühərriklərin, folqaların... hazırlanması üzrə riskli startaplar tərəfindən yaradılan brendlərdir. Gəlin onlardan ən maraqlılarına nəzər yetirək:

Yüngül porşen (maşın hissəsi)

Sonxeber.net bizplus.az-a istinadən bildirir ki, daha çox "W.O." kimi tanınan ingilis mühəndis və maşın yarışları sürücüsü Walter Owen Bentley 1912-ci ildə qardaşı ilə birlikdə Bentley & Bentley şirkətini yaradır və Britaniyada Doriot, Flandrin & Parat fransız markası avtomobillərinin ticarəti ilə məşğul olur. Onların dinamik xarakteristikalarını təkmilləşdirməkdən ötrü mühərriklər üçün olan porşenin alüminium ərintisindən hazırlanmasını təklif edir. Birinci Dünya Müharibəsi illərində bu texnologiya təyyarə istehsalında tətbiq olunur; "W.O." o zamanki silah yarışlarında çox böyük əhəmiyyət daşıyan aviasiya mühərriklərinin ən əsas proqramçılarından biri olur. Uğuru və geniş əlaqələri sayəsində 1919-cu ildə Bentley Motors Ltd. avtomobil istehsalı şirkətini açır.

Bentley 3 Litre kimi ilk modellər çox uğurlu olurlar və ən nüfuzlu yarışlardan qalib kimi ayrılırlar. Amma pulsuzluq üzündən 1924-cü ildə şirkəti  tanınmış yarışçı Woolf Barnato-ya satırlar. 1935-ci ilə qədər Walter Bentley artıq bir işçi kimi öz adını daşıyan markayla işləyir, sonra isə  Aston-Martin də daxil olmaqla digər şirkətlər üçün modellər yaradır. Amma Bentley-in biznesi depressiyaya tab gətirə bilmir və Rolls Royce Plc şirkətinə satılır. 1998-ci ildə isə hazırki sahibi Volkswagen AG alman konserninin tərkibinə daxil olur.

Film bazarının qaydalarına qarşı

United Artists şirkəti qurulanda  Hollivudda filmlərin tərkibindən tutmuş aktyroların məvacibinə kimi kino qaydaları əsas iri studiyalar tərəfindən müəyyən olunurdu. Dörd super ulduz - rejissor və prodüser David Wark Griffith, Charlie Chaplin və ər-arvad-aktyorlar Douglas Fairbanks-la Mary Pickford risk edərək  kino sənayesinin nəhənglərinə qarşı çıxırlar. Hər biri ildə ən azı 5 filmə çəkilməli idi. Onlar kiçik studiyalar və azad prodüserlər üçün  yeni distribusiya kanalı yaratmaq istəyirdilər. Belə ki, onların ulduz statuslarını uğurun təminatçısı hesab edirdilər. Amma planları alınmadı. Lap əvvəldən şirkətin pulu çatmadı. Hər səhmdarla ildə 5 film çəkmək alınmazdı. Amma United Artists iflasa uğramadı, kifayət qədər tərəfdaş-istehsalçı (Walt Disney və sonralar 20th Century Fox-a daxil olan Twenty Century Pictures) qazandı və 30-cu illərin sonu kommersiya uğuru əldə etdi. Amma bu, çox çəkmədi.

Həm kino sənayesində, həm də  şirkət daxilində baş verən yeni böhranlar ucbatından Chaplin və Pickford 1955-ci ildə öz paylarını satırlar (digərləri artıq dünyadan köçmüşdülər). Amma növbəti il şirkət birjaya çıxarılır və 1960-cı illərdə əsl uğura imza atır: filmləri 11 "Oscar" mükafatı alır. 80-ci illərin əvvəlləri növbəti silsilə uğursuzluqlardan sonra United Artists MGM konserninin tərkibinə daxil edilir və o zamandan bəri artıq əsas oyunçu kimi praktiki olaraq yox olur. Amma hələ də bu və ya digər şəkildə brendi qoruyub saxlamaq cəhdləri davam etdirilir. Hal-hazırda da MGM konserninin himayəsi altında olan UA dəbli rəqəmsal kontent yaradır və genişləndirir.

Uzunömürlülük bakteriyası

1905-ci ildə gənc bolqar alim Stamen Grigorov biotexnologiya sahəsində yenilik edir. O, südü "yoqurt" kimi tanıdığımız məhsula çevirən bakteriyaları aşkara çıxarır. Tezliklə, ömrün uzanması işləri üzərində çalışan rus bioloq İlya Mechnikov bundan xəbər tutur. O belə başa düşür ki, Bolqarıstanda uzunömürlülərin sayının çox olması yoqurtdakı mikroflora ilə əlaqədar ola bilər və onu Avropada məhşurlaşdırır. Hətta Barselonadan olan səfarad yəhudisi İsaak Karasso məhsulun ticarət potensialından yararlanır. Belə ki, o, Mechnikovdan bakteriya nümunəsi əldə edir və "Danone" ( oğlu Daniel-in şərəfinə) şirkətini açır.

Əvvəlcə o yoqurtu apteklərə resept üzrə paylayır - uşaqlarda həzmi yüngülləşdirmə vasitəsi kimi. Məhsulla birgə şirkətin də şöhrəti artır. Sahibkarın oğlu Daniel  1939-cu ildə şirkətin başına keçir və onu amerikan bazarına çıxarır. Onun idarəçilyi uğurlu olur və çoxlu ilhaqlara (birləşdirilmə) imza atır. 2009-cu ildə, 103 yaşında vəfat edəndə "Danone" satışlardan artıq təxminən 15 mlrd. dollar qazanmışdı. 2010-cu ildə isə "Danone" Rusiyanın "Юнимилк"  süd məhsulları şirkətinin səhmlərə nəzarət paketini alır və "Данон Россия" törəməsini yaradır.

Otelçilərə nümunə

Tanınmış otellər şəbəkəsi Hilton uğursuzluğun bəhrəsidir. Onun gələcək sahibi Conrad Hilton 31 yaşında Birinci Dünya Müharibəsinə görə mükafatlar və 5 min dollar dəyərində təzminat alır. Atasının univermağında işləyir, daha sonra bank rəhbəri olur, amma bu işdə iflasa uğrayır. Conrad Texasda, Sisko şəhrində başqa bir bank almaq qərarına gəlir. Amma bu da baş tutmur: sahibi son anda qiyməti qaldırır. Hilton gecəlməyə yer axtarırdı, amma ucuz oteldə nömrə tapa bilmədi - az qala boş yer olmadığına görə, dava belə edəcəkdi. Hilton dostlarından və kreditə pul götürür, bir neçə gündən sonra bütün oteli alır.

Bir ildən sonra investisiyalar qayıdır: yeməkxana hesabına otaqların sayını artırır. Foyedə qəzet, siqaret və diş fırçaları kimi xıradvatlar satmaqla ticarət aparır. Mənfəət artır. 1925-ci ildə öz adına ilk otelini açır. 1930-cu ildə Hilton müflis olsa da, yenidən ayağa qalxa bilir. Əfsanəvi Hilton prinsipləri əsasında öz şəbəkəsini yaradır. Bu prinsip bütün otel məkanından maksimal gəlir əldə etməkdən, xırdalığına kimi vahid tərzin olmasından və müştərinin oteldən çıxmadan istədiyi hər bir şeyi əldə edə bilməsi imkanından ibarət idi. Conrad Hilton tam sadiq müştərilər qazanmaqla bütün dünya otelçilərinə çox yaxşı bir nümunədir. Bu çiçəklənən biznesindən ildə 9 mlrd. dollar gəlir əldə edir.

Folqa (metal kağız) kralı


Etiketlər:  1919 ilin startapları sayılan yaşlı əfsanəvi şirkətlərin keçmişi bugünü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ