Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 20:54
FİFA futbolda oyundankənar vəziyyət qaydasında dəyişikliklər edə bilər.
Qol.az "The Times" qəzetinə istinadən xəbər verir ki, hazırda ofsatdı üzə çıxarmaq üçün yeni yollar sınanılır. Əgər yeni qayda qəbul edilərsə, oyunçu rəqibə nəzərən bütün bədəni ilə qapıya yaxın olduğu halda ofsayd qeydə alınacaq. Dünyanın ən ali futbol qurumu dəyişikliyə qərar verəcəyi təqdirdə isə futbol qaudalarına cavabdeh olan Beynəlxaql Futbol Assosiasiyaları Şurasına (İFAB) müraciət etməlidir. İFAB isə isə yeni qaydaları sınaqdan keçirəcək. Nəticə uğurlu olarsa, bu, oyun qaydalarına daxil ediləcək.
Qeyd edək ki, ofsaydın müəyyənləşdirilməsi üçün qaydada sonuncu dəfə 1990-cı ildə dəyişiklik edilib. Həmin vaxtadək oyunçunun rəqiblə eyni xətdə olması qayda pozuntusu sayılıb.