Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 11:10
Qohumlarıgilə qonaq gedən kişi vəhşicəsinə döyülüb.
Sonxeber.net nypost-a istinadla xəbər verir ki, Yeni ili təbrik etmək bəhanəsi ilə qohumlarının evinə gedən 60 yaşlı kişi üzü-gözü şişənə qədər döyülüb.
ABŞ-ın Virciniya ştatında yaşayan 60 yaşlı Mark Stanley qonaq getdiyi evin yataq otağında qurşaqdan aşağı çılpaq halda tutulub.
Qohumunu 2 və 3 yaşlı uşaqlarının yanında çılpaq vəziyyətdə görən kişi əsəblərinə hakim ola bilməyib və Markı vəhşicəsinə döyüb.
Mark hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb. O, azyaşlılara təcavüz etdiyinə görə həbsxanaya göndərilib.