Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 18:04
Şri-Lankanın cənubundakı Uva əyalətində Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 4 hərbçi həlak olub.
Qeyd olunur ki, təyyarə dağlıq əraziyə düşüb. Hadisə yerinə xilasedicilər göndərilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.