Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada pensiya islahatı əleyhinə tətil və nümayişlərə yeni çağırışlar edilib

Fransada pensiya islahatı əleyhinə tətil və nümayişlərə yeni çağırışlar edilib

Tarix: 3 Yanvar 2020 22:16

Fransada Dəmir Yolları Milli Şirkəti (SNCF) yanvarın 2-də pensiya islahatı əleyhinə etiraz hərəkatının 29-cu günü hava yolları işçilərinə də tətil və nümayişlə bağlı çağırışlar edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hökumət və həmkarlar təşkilatları arasında danışıqlar yanvarın 7-nə təyin edilib. Ancaq buna baxmayaraq, Spaf-təyyarə pilotları və SNGAF-təyyarə bələdçiləri həmkarlar təşkilatları Fransa Hava Yollarının işçilərini gələn həftə tətil etməyə çağırıblar.

Yanvarın 2-də Marsel şəhərində 2 mindən çox insan pensiya islahatı əleyhinə əllərində məşəl yürüş edib. Nümayişçilər bildiriblər ki, bununla hökumətin onların səsini eşitməsinə nail olmaq istəyirlər. Həmkarlar təşkilatları hökumət pensiya islahatını geri götürənə qədər tətil və nümayişləri davam etdirəcəklərini bildiriblər. Ölkədə nəqliyyat sistemi iflic olaraq qalır.

Xatırladaq ki, 1986-1987-ci illərdə Fransada sosial münaqişə zəminində tətil 28 gün davam etmişdi. Dəmir Yolları Milli Şirkəti (SNCF) yanvarın 2-də tətilin 29-cu gününü qeyd etməklə bu rekordu yeniləyib. Həmkarlar təşkilatları yanvarın 9-na ümumi tətil və nümayişlər təyin ediblər.


Etiketlər:  Fransada pensiya islahatı əleyhinə tətil nümayişlərə yeni çağırışlar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ