Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransız futbolçusu Natael Jülan yol qəzasında həlak olub

Fransız futbolçusu Natael Jülan yol qəzasında həlak olub

Tarix: 4 Yanvar 2020 03:04

Bakı. Trend:

Fransa çempionatının ikinci divizionunun "Genqam" futbol klubunun hücumçusu Natael Jülan 24 yaşında həlak olub.

Trend-in məlumatına görə, oyunçu məşqdən evə qayıdarkən özü sürdüyü avtomobillə qəzaya düşüb. Jülanın komanda yoldaşlarından biri qəzanın şahidi olub.

Jülan 2018-ci ilin yanvarından "Genqam"da, keçən ilin ilk yarısını isə "Valensien"də oynayıb. Cari mövsümdə futbolçu iki oyun keçirib - birini çempionatda və digərini Fransa Liqasının kuboku uğrunda.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Fransız futbolçusu Natael Jülan qəzasında həlak olub


RƏYLƏR