Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 13:00
“Sabah”dan ayrılan Rocer Rohas Azərbaycan çempionatında oynadığına məyus olub.
Qol.az xəbər verir ki, honduraslı futbolçu diez.hn saytına açıqlamasında bildirib: “Mən Azərbaycanda çıxış etdim. Ordakı ab-havada da, komandanın özü də xoşuma gəlmədi. Orada xoşbəxt deyildim”.
Xatırladaq ki, Rocer Rohas 2019-cu ilin yayında “Sabah”a transfer olunub. Qışda isə onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Rocer “Sabah”da 13 oyun keçirib və 2 qol vurub.