Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur futbolçu karyerasını bərpa etdi

Məşhur futbolçu karyerasını bərpa etdi

Tarix: 4 Yanvar 2020 18:46

2016-cı ildə karyerasını başa vurduğunu açıqlayan və son klubu "Boka Xunyors" olan İtaliya yığmasının sabiq hücumçusu Daniel Osvaldo qərarını dəyişib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, karyerasının musiqi sahəsində davam etdirəcəyini bəyan edən 33 yaşlı argentinalı forvard yenidən yaşıl meydanlara qayıdıb.

Bu barədə məlumatı Osvaldo ilə yaya qədər müqavilə bağlayan Banfield klubu yayıb. Karyerası ərzində "Atalanta", "Leççe", "Bolonya", "Espanyol", "Roma", "Southempton", "Yuventus", "İnter" və "Porto" kimi klublarda çıxış etmiş futbolçu 2011/2014-cü illərdə İtaliya millisinin heyətində 14 oyun keçirib, 4 qol vurub.


Etiketlər:  Məşhur futbolçu karyerasını bərpa etdi


RƏYLƏR