Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 20:12
Müasir Ukrayna dilinin lüğəti "İLİN SÖZÜ"nü seçib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, müasir Ukrayna dilinin lüğətinə və "Mislovo" slenqinə görə 2019-cu ilin sözü "rəqəmsallaşma" olub.
"Rəqəmsallaşma sözü "rəqəmsal çevriliş" termininin sadələşdirilmiş forması və qlobal rəqəmsal inqilabın təzahürüdür. Bu termin lüğətdə ən çox baxılan sözlər siyahısında yer alıb, onun baxış sayı keçən ilə nisbətən 1,535% artıb", - deyə lüğətdə yazılıb.
Qeyd edək ki, 2012-ci ildə yaradılan "Mislovo" lüğəti müasir Ukrayna dilinin və slenqinin, istifadə olunan müasir sözlərin inkişafı üçün yaradılan interaktiv layihədir. "Mislovo" yeddinci dəfədir ki, "İlin sözü"nü seçir.