Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Ali Neft Məktəbinin tələbələri “Star” və “Petkim”də işləyəcək

Bakı Ali Neft Məktəbinin tələbələri “Star” və “Petkim”də işləyəcək

Tarix: 14 May 2019 13:09

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi "SOCAR Türkiyə"də işləyəcək.

Trend-in məlumatına görə, BANM-in rektoru Elmar Qasımov bildirib ki, “Star” və “Petkim”də hələlik 6 yer nəzərdə tutulub.

"SOCAR Türkiyə"nin apardığı seçim prosesi nəticəsində Ali Məktəbin Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarında təhsil alan altı tələbə seçilib, onlar “Star” neft emalı zavodunda və “Petkim” neft-kimya kompleksində işləyəcək.

Rektor bildirib ki, Ali Məktəbin əsas strategiyası şirkətlərə istehsalat təcrübəsi, praktik vərdişləri olan kadrlar yetişdirməkdir. Həmçinin o bildirib ki, tələbələrin məzun olmamış iş təklifi alması Ali Məktəbin “Biz iş axtarmırıq, iş bizi axtarır” şüarını təsdiq edir. Onun sözlərinə görə, indiyə kimi BANM-ın 30-a yaxın məzunu “Star” və “Petkim” zavodlarında çalışır.

“Star” və “Petkim” SOCAR-ın Türkiyədə fəaliyyət göstərən və böyük investisiya edilmiş neft-kimya zavodlarıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Neft Məktəbinin tələbələri Star Petkimdə işləyəcək


RƏYLƏR