Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 17:56
İran heç vaxt müharibə və gərginlik istəməyib.
Sonxeber.net xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib. Bu barədə Trend Gənc Jurnalistlər Klubuna (YJC) istinadən məlumat verib.
A.Musəvi, bununla belə İran hər bir şəraitə hazır olduğunu elan edib.
Nazirlik rəsmisi əlavə edib ki, İran İslam Respublikası və Xarici İşlər Nazirliyi təhdid altında müzakirəni qəbul etmir.
Belə ki, İran Xarici İşlər Nazirliyi general Qasim Süleymaninin ölümü ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatı çərçivəsində hərəkət edir.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.